İsrailin baş naziri Binyamin Netanyahu ABŞ ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında F-35 qırıcılarının alqı-satqısına dair anlaşmaya qarşı çıxdıqdan sonra, ərəb ölkəsi nəzərdə tutulan üçtərəfli toplantıda iştirakdan imtina edib.
Körfəz dövləti ilə münasibətləri qurmağa baxmayaraq İsrail ABŞ-ın F-35 döyüş təyyarələrinin Birləşmiş Ərəb Əmirliklərinə satılmasına qarşıdır.
Netanyahu İsrailin bölgədəki hərbi üstünlüyünü qorumağın lazım olduğunu vurğulayıb.
Tramp administrasiyası keçən həftə İsrail ilə əlaqələri normallaşdırmaq üçün BƏƏ ilə F-35 sövdələşməsinin mümkünlüyünü bəyan edib.