Avqustun 25-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ABŞ dövlət katibinin birinci müavini Stiven Biqan ilə danışıqlar aparacaq.
Teleqraf.com xəbər verir ki, Stiven Biqan Rusiya paytaxtına ikigünlük işçi səfərə gəlib.
Görüşdə jurnalistlərin iştirakı, açıq protokol hissə və yekun mətbuat konfransı gözlənilmir. Lakin KİV-in ABŞ-ın yüksəkvəzifəli rəsmisinin səfərinə marağı hiss olunacaq dərəcədə çoxdur.
S.Biqan, həmçinin S.Lavrovun müavinləri Sergey Ryabkov və İqor Morqulovla görüşəcək.