Bunu deyim ki, Prezident Rəcəb Tayyib Ərdoğan çox yaxşıdır. Brunson günahsız idi.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp dünyanın fərqli ölkələrində saxlanılan amerikalılarla Ağ Evdə söhbəti zamanı deyib.
ABŞ prezidenti qeyd edib ki, hakimiyyətdə olduğu müddətdə 50 ölkədə saxlanılan və həbs edilən amerikalıları vətənə qaytarıb. Onların arasında İzmirdə 3 il bir ay müddətinə saxlanılan rahib Brunson da olub.
Tramp qeyd edib ki, türk həmkarı Ərdoğanla bir neçə dəfə danışdıqdan sonra onunla razılığa gəlib:
“Buna görə ona minnətdarıq və türk xalqına da minnətdarıq. Anladığım qədər rahib Brunson da minnətdardır”.
Rahib Brunson isə bəyan edib ki, türk xalqını sevirik.