25 Avqust 2020 13:15
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada COVID-19 pandemiyasının ikinci dalğasının başladığına dair açıqlamalardan sonra Almaniya Fransanın iki regionunu riskli bölgələr siyahısına daxil edib.

Teleqraf.com xarici media istinadla xəbər verir ki, Almaniyada yoluxucu xəstəliklər sahəsində işləyən Robert Koç İnstitutu riskli bölgələrin siyahısını müəyyən edib.

Fransada pandemiya xəstələrinin sayının artdığı Provence-Alpes-Cote və Parisin Lle-de-Fransa bölgələrini qara siyahıya salıb.

Qeyd edək ki, Almaniyanın hazırladığı siyahıda ABŞ, Rusiya, Misir, İsrail, Türkiyə daxil olmaqla 130 ölkənin riskli bölgələrinin adları var.

Avropa Birliyinin üzvlərindən Belçika, Bolqarıstan, Xorvatiya və Rumıniyanın bəzi bölgələrinin adları da Almaniya siyahısına daxil edilib. Bu bölgələrdən Almaniyaya daxil olan şəxslər məcburi 14 günlük karantinə alınır.


Müəllif: Cavad

Oxşar xəbərlər