12 Oktyabr 2014 16:45
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Silahlı Qüvvələrinin yerləşməsinin yeni sistemi cənubdan Xarkovu effektli müdafiə etməyə imkan verəcək.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Xarkovda yerli fəallarla ünsiyyəti zamanı Ukrayna prezidenti Pyotr Poroşenko söyləyib..

Onun sözlərinə görə, silahlı qüvvələrin yerləşməsinin yeni sistemi haqqında qərar dövlət başçısının dünən Donetsk kömür hövzəsinə səfəri zamanı qəbul edilib: “Orada biz razılaşdıq ki, silahlı qüvvələrin yerləşməsinin yeni sistemi olacaq. Bu, Xarkovun cənubdan müdafiəsini də əhatə edəcək. Bu istiqamətdə, o cümlədən, Severodonetskdə bir neçə briqada yerləşdiriləcək ".

Prezidentin sözlərinə görə, hökumət hər şeyi etməyə çalışacaq ki, döyüş əməliyyatları Ukraynanın başqa regionlarına yayılmasın.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər