İdlibin de-eskalasiya zonasının cənub hissəsindəki Urum-Əl-Cauz qəsəbəsində patrul xidmətini həyata keçirən Türkiyə və Rusiya hərbi qüvvələrinə silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, ərazidəki Rusiya və Türkiyə zirehli texnikaları tank əleyhinə qumbaraatanla hədəf alınıb.
Partlayış nəticəsində iki rusiyalı hərbçi yaralanıb. Zərərçəkənlərin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. Bundan əlavə, “BTR-82” zirehli personal daşıyıcısı zədələnib.
Hadisədən sonra M-4 magistral yolunda patrul xidməti dayandırılıb, hərbçilər bazaya qayıdıblar.
Hücumun təşkilatçıları məlum deyil.