Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya respublikada “dinc inqilab”ın başladığını elan edib.
Teleqraf.com xəbər verir ki, o, etirazçıların hədəflərinə doğru hərəkət etdiyini bildirib.
“Biz artıq müxalifət deyilik. Əksəriyyəti təmsil edirik. İndi dinc inqilab baş verir”, - Tixanovskaya söyləyib.
O, respublikada baş verən hadisələrin geosiyasi xarakter daşımadığını iddia edib.
Belarusda tətillər və etiraz aksiyaları avqustun 9-da hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun qalib gəldiyi prezident seçkilərindən sonra başlayıb. MSK-nın məlumatına görə, o, səslərin 80,1% -ni qazanıb.
Rəqibi Svetlana Tixanovskaya rəsmi məlumatlara görə, 10,1% ilə ikinci yeri tutub. Müxalifət seçkilərdə Lukaşenkonun yox, Tixanovskayanın qələbə qazandığına inanır.