25 Avqust 2020 16:54
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Belarus müxalifətinin Koordinasiya Şurası nümayəndələrinin Rusiya Federasiyası ilə münasibətləri inkişaf etdirmək istəyini alqışlayır, lakin bu məsələdə vahid mövqe nümayiş etdirmir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu gözəldir, əslində bunu yalnız alqışlamaq olar. Ümid edirik ki, Belarusda ikitərəfli münasibətlərimizin inkişafı yolunda davam etmək istəyi hökm sürür. Ancaq bilirsiniz, çətin ki müxalifətin vahid mövqeyindən danışa bilək. Müxalifətdə fərqli dünyagörüşə malik insanlar var”, - Peskov qeyd edib.

O bildirib ki, dəyişkən olduğundan Belarus müxalifətinin Rusiyaya münasibətdə mövqeyi barədə qərar vermək hələ çətindir.

Belarusda tətillər və etiraz aksiyaları avqustun 9-da hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun qalib gəldiyi prezident seçkilərindən sonra başlayıb. MSK-nın məlumatına görə, o, səslərin 80,1% -ni, rəqibi Svetlana Tixanovskaya isə 10,1%-ni qazanıb. Müxalifət seçkilərdə Lukaşenkonun məğlub olduğuna inanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər