Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibinin birinci müavini Stiven Biqanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Rebeka Ross məlumat verib.
Görüşdə tərəflər Belarusdakı vəziyyəti müzakirə ediblər.
“Dövlət katibinin müavini Biqan Xarici işlər naziri Lavrovla görüşüb və Belarusdakı mövcud vəziyyəti müzakirə edib. Danışıqlar zamanı Biqan Belarusun suverenliyini və xalqın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiklərini ifadə edib, - Ross bildirib.
Bundan əvvəl Rusiya mediası Sergey Lavrovun hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun hakimiyyətdən getməsinin nəticələrini təhlil etdiyini bildirmişdi.