Türkiyədə pandemiya dövründə toyların keçirilməsinə icazə verilib. Amma toylarda iştirakla bağlı bir sıra qadağalar var.
Teleqraf.com xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarına əsasən 14 vilayətdə şənliklər 1 saatdan artıq keçirilməyəcək.
Toy və nikah zamanı yemək verilməyəcək, rəqslər qadağan olunacaq.
Bəylə gəlinin birinci dərəcəli qohumları istisna olmaqla 65 yaşdan yuxarı, eləcə də 15 yaşdan aşağı şəxslərin toylarda iştirakı qadağandır.
Bəy və gəlin istisna olmaqla bütün iştirakçılar tibbi maska taxmalı və sosial məsafəni qorumalıdırlar.