26 Avqust 2020 11:00
3 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis Rusiyada qadağan edilən AUE Hərəkatı iştirakçılarının vahid məlumat bazasının qurulduğunu istisna etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Sergey Kravçuk açıqlama verib.

“Bu məsələ nəzərdən keçirilir. Amma buna qarşı mübarizəni gücləndirməliyik”, - nazirlik rəsmisi qeyd edib.

Kravçukun sözlərinə görə, hüquq-mühafizə orqanlarında AUE-də iştirak edən yeniyetmələr barədə statistik məlumatlar yoxdur.

Rusiya Ali Məhkəməsi “beynəlxalq ictimai hərəkat” (“Məhkumların Cinayət Birliyi”, “Məhkumun Həyat Tərzi”) olaraq təyin etdiyi AUE Hərəkatını keçən həftə qadağan edib.

Gənclər arasında AUE və digər cinayətkar hərəkatlara qarşı daha fəal mübarizənin aparılmasının zərurəti əvvəllər həm ekspertlər, həm də uşaq haqlarının müdafiəsi ombudsmanı Anna Kuznetsova tərəfindən bildirilib. Qeyd olunub ki, yalnız belə hərəkatları qadağan etmək yox, bunun əvəzində gənclərə onları “kriminal dünya”ya meyldən çəkindirəcək təkliflər vermək lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər