26 Avqust 2020 12:42
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya Prezidenti Miloş Zeman əlindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib, əməliyyat olunmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Yirji Ovçaçek açıqlama verib.

“Cənab prezident bu gecə əlindəki zədə səbəbindən xəstəxanaya yerləşdirilib. Cənab prezidentin qolunda əməliyyat aparılacaq. Həyatı üçün heç bir təhlükə yoxdur, cənab prezident ailəsi və işçiləri ilə əlaqə saxlayır”, - Ovçaçek qeyd edib.

O əlavə edib ki, Miloş Zemanın proqramı onun vəziyyətinə uyğunlaşdırılacaq.

Miloş Zeman 75 yaşındadır və uzun müddətdir ayaq problemlərindən şikayətlənir. İndiki zədəyə yıxılmanın səbəb ola biləcəyi ehtimal olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər