26 Avqust 2020 12:33
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Aralıq dənizində Yunanıstan və Türkiyə arasında yaşanan gərginlikdə Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) xüsusi rol oynayır.

Teleqraf.com xəbər verir ki, Aralıq dənizində müşahidə edilən gərginliklə bağlı “Times” qəzeti BƏƏ-nin tutduğu neqativ rol barədə məlumatları işıqlandırıb.

Qəzet qeyd edib ki, Abu Dabi hökuməti regiona özünü Yunanıstanın yanında mövqe tutduğunu və bunun təsadüfi olmadığını nəzərə çatdırıb.

“BƏƏ Yunanıstanla birlikdə Krit adası yaxınlarında hərbi təlimlərə başlayıb.Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində yaşanan gərginlikdə Abu Dabi Afinanın yanında yer alıb. Yunanıstan və BƏƏ ortaq təlimərlə bölgədə təbii qaz rezervlərinin bölüşməyə çalışır,- Times qeyd edib.

Qəzet bəyan edib ki, BƏƏ Krit adasında başlayan təlimlər üçün 4 ədəd F-16 qırıcı göndərib. Kipr sahillərinə isə Fransa qüvvələri yerləşdirilib. Fransa Prezidenti Makron bölgəyə helikopter gəmisi, raket daşıyan hərbi təyyarələr göndərib.

İngilis mətbuatı qeyd edir ki, Yunanıstan və Türkiyə bölgədə müharibəyə bir neçə dəfə yaxınlaşıb. Türkiyənin Şərqi Aralıq dənizində qaz yataqlarının axtarışı Yunanıstan, Kipr, İsrail və Misir arasında əldə edilən anlaşmalarla bir neçə dəfə əngəllənib.

Xüsusilə qeyd edilib ki, Fransanın TOTAL şirkəti Şərqi Aralıq dənizində təbii qaz çıxarılması üçün anlaşma imzalayan şirkətlərdən biri olub.


Müəllif: Cavad

Oxşar xəbərlər