Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanda bir yaşayış binasında qaz sızması səbəbindən partlayışın baş verdiyi və binanın qismən çökdüyü barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fövqəladə Hallar naziri Feliks Çolakyan hadisə yerinə gəlib.
Baş nazir partlayışın mənzillərdən birində baş verdiyini deyib. İlkin versiyaya görə, partlayışa qaz sızması səbəb olub. Hadisə nəticəsində bir neçə mənzil dağılıb.
Xilasedicilər dağıntıların altından üç nəfəri çıxarıblar, itkilərin çox olacağı ehtimal olunur.
19 sakin təkbaşına və ya xilasedicilərin sayəsində binanı tərk edib. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.