26 Avqust 2020 14:55
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışmaq istədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki,o, bu barədə “Euronews”a müsahibəsində bildirib.

Zelenski hesab edir ki, bu dialoq olmadan Donbassdakı münaqişəni dinc yolla həll etmək mümkün olmayacaq

Ukrayna dövlətinin başçısı atəşkəsin qüvvəyə minməsindən əvvəl Putinlə danışdığını xatırladıb. İki ölkənin prezidenti atəşkəs rejiminə əməl olunmasına dair mürəkkəb məsələləri müzakirə ediblər.

Zelenski bu dialoqun nəticələrinin nəzərə çarpdığını deyib, amma bunun kifayət etmədiyini vurğulayıb: “Mən Rusiya prezidenti ilə birbaşa dialoqdan qorxmuram. Düşünürəm ki, bu düzgündür”.

Ukrayna prezidenti əlavə edib ki, əgər danışmaq imkanı varsa və bu danışıqların nəticələri müharibənin sona çatmasına yaxınlaşmağa kömək edə bilərsə, buna reaksiyanın verilməsindən asılı olmayaraq edilməlidir. O vurğulayıb ki, dialoq olmasa, dinc nəticə olmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər