26 Avqust 2020 20:49
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında koronavirusa yoluxma halları aprel ayından bəri ən yüksək həddə çatıb və son bir sutka ərzində 282 yeni yoluxma faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, İsveçrənin Səhiyyə naziri Alain Berset vəziyyətin nəzarətdən çıxa biləcəyinə dair xəbərdarlıq edib. O bildirib ki, sosial məsafə və karantin qaydalarına müntəzəm əməl etmək çətin olsa da, əhali hökumətin pandemiya ilə əlaqədar tətbiq etdiyi qaydalara riayət etməlidir.

Artıq ölkənin bir sıra kantonlarında ticarət obyektlərində maskadan istifadə öhdəliyi qüvvəyə minib. Avqustun 27-dən isə bu qayda ölkənin ən çox əhaliyə malik Sürix kantonunda da tətbiq olunacaq.

İndiyədək İsveçrədə koronavirusa yoluxanların sayı 40 min nəfərə yaxın olub, virusla əlaqədar ölənlərin sayı isə 1700 nəfərə çatıb. Virus daşıyıcıları ilə təmasda olduqlarına görə on min nəfər, riskli bölgələrdən İsveçrəyə geri döndüklərinə görə isə 15 min nəfər karantinə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər