Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi vertolyotla əlaqə kəsilib.
Teleqraf.com-un Türkiyə mediasına istinadən yaydığı məlumata görə, oktyabrın 12-də yerli vaxtla saat 12.00-da havaya qalxan vertolyot İzmitdən Konyaya uçurmuş.
Bölgədəki bütün güc strukturları axtarışa cəlb olunub. Bununla əlaqədar yaradılmış fövqəladə qərargahın məlumatına görə, pis hava şəraiti və bölgənin dağlıq ərazi olması axtarışı çətinləşdirir.