ABŞ hökuməti Əfqanıstanda itkin düşmüş iki amerikalının hər biri barədə məlumata görə, 5 milyon dollaradək mükafat təklif edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Qeyd olunur ki, mükafatlar Mark Frerixs və Pol Overbni barədə məlumatlara görə veriləcək.
Pol Overbi sonuncu dəfə 2014-cü ildə görünüb. Mark Frerixs isə 2020-ci ilin fevralında itib.
Onların hər ikisinin qaçırıldığı ehtimal edilir.