27 Avqust 2020 11:22
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Donald Trampın seçki qərargahı ilə Rusiya hakimiyyəti arasında işbirliyi iddiası tamamilə yalanlara söykənir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəhbəri Riçard QreneLl deyib.

Onun dediyinə görə, vəzifəsi ilə əlaqədar ABŞ Demokratlar Partiyası tərəfindən hazırlanan işin materialları ilə tanış olmaq fürsəti tapıb. Demokratlar tərəfindən verilən məlumatların tamamilə saxta olduğunu qeyd edib.

Qrenell keçmiş prezident Barak Obama və vitse-prezident Co Baydenə qarşı buna bənzər saxta ittihamlar irəli sürən bir çox kəşfiyyat rəsmisini susdurduğunu vurğulayıb.

2019-cu ilin aprelində xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı hesabatının tam mətni yayımlandı. Onun iddiasına görə, Moskva həqiqətən seçkilərin nəticələrinə təsir edib. İstintaq Trampla Rusiya hökuməti arasındakı mümkün əlaqələri araşdırsa da, son nəticədə məruzə müəllifləri prezident və rus hakimiyyəti arasında heç bir razılığın olmadığı qənaətinə gəldilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər