27 Avqust 2020 11:36
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ dövlət katibinin müavini Stiven Biqanla telefonda danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukrayna və ABŞ arasında ikitərəfli əməkdaşlıq, o cümlədən Ukrayna tərəfinə maliyyə və hərbi dəstək məsələlərini müzakirə ediblər. Biqan qeyd edib ki, ABŞ Ukraynanın strateji tərəfdaşıdır.

Zelenski ABŞ nümayəndəsinə Rusiya ilə Donbasla bağlı danışıqların vəziyyəti və tərəflərin sülhə doğru irəliləməsi barədə ətraflı məlumat verib. Biqan atəşkəsin bir ay davam etməsini böyük bir müvəffəqiyyət adlandırıb.

Tərəflər Belarusdakı hadisələri də müzakirə edərək, vəziyyətin sabitləşməsini və dinc yolla nizamlanmasının vacibliyini vurğulayıblar.

Zelenski bundan bir gün əvvəl ABŞ Dövlət katibi Mayk Pompeo ilə telefon danışığı aparıb. Görüşdə əməkdaşlıq məsələlərinə, Donbas münaqişəsi və Belarusdakı vəziyyətə toxunublar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər