12 Oktyabr 2014 22:41
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Jirinovski ABŞ-ın birinci xanımı Mişel Obamanın məktəbdə qidalanma sistemi ilə bağlı təklifini dəstəkləyib.

Teleqraf.com-un məlumatına görə, Rusiya Lideral Demokrat Partiyasının lideri “Qovorit Mosvka” radiosuna müsahibəsində bütün ölkələri bu təklifə dəstək verməyə çağırıb:

"Müvafiq menyu bütün rəsmi orqanlarda tətbiq edilməlidir. Xüsusilə də, məktəblərdən başlamaq lazımdır. Buna dəstək verilməlidir. Bu bütün ölkələrdə həyata keçirilməlidir”.

Jirinovski məktəblərdə qidalanma menyusunun proqramını müzakirə etmək üçün ABŞ-ın birinci xanımını Rusiyaya dəvət edib.

Qeyd edək ki, Mişel Obama 2010-cu ildən ABŞ məktəblərində sağlam qidalanma proqramına dəstək verir. Qidalanma proqramına tərəvəz, meyvə və proteinlə zəngin yeməklər daxil edilib.


Müəllif:

Oxşar xəbərlər