Rusiya COIİD-19 pandemiyasına qarşı hazırladığı "Sputnik V" vaksinindən sonra ikinci peyvəndi sentyabrda hazır edəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin qeyd edib ki, hazırda ikinci vaksin üzərində mütəxəssislər iş aparır: "Preparat sentyabra hazır olacaq. Novosibriskdə Vektor İnstitutu bunun üzərində işləyir".
Qeyd edək ki, Putin avqustun 11-də Rusiyada COVID-19 əleyhinə peyvəndin qeydə alındığını açıqlayıb.
Vladimir Putinin qızı koronavirus infeksiyasına qarşı Rusiya peyvəndini sınaqdan keçirib.