Türkiyənin Ağrı vilayətində antiterror əməliyyatı zamanı türk hərbi qulluqçusu həlak olub.
Teleqrag.com-un məlumatına görə, hərbiçi terrorçuların mağarasında tapılan ilk zəruri əşyaları məhv edərkən şrapnel parçasının dəyməsi nəticəsində yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra o helikopterlə Ağra vilayətinin Tədris və Araşdırma Xəstəxanasına aparıldı.
Hərbçinin vəziyyəti ağır olduğuna görə Atatürk Universitetinin tədqiqat xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.