28 Avqust 2020 09:14
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 28-də Çinin iki patrul gəmisi Tokio ilə Pekin arasında ərazi mübahisəsinə səbəb olan Senkaku (Dyaoyuydao) adaları ətrafındakı sulara daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Hadisə ilə əlaqədar Yaponiya Baş Nazirinin dəftərxanası yanında informasiyanın qəbulu və təhlili üzrə böhran qərargahı işə başlayıb.

Qeyd edək ki, Yaponiya və Çin arasında Senkaku adaları ilə bağlı mübahisə 2012-ci ildə rəsmi Tokio bu adaları özəl sahibkardan aldıqdan sonra kəskinləşib. Bundan sonra Çində Yaponiya əleyhinə kütləvi aksiyalar keçirilib.

Həmin vaxtdan Çin gəmiləri daim mübahisəli adalar ətrafında hərəkət edir və nümayişkaranə surətdə əraziyə daxil olur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər