Bu gün ağır döyüşlər nəticəsində peşmərgələr İŞİD qüvvələrinin Kobanidə irəliləməsini dayandırmağa müvəffəq olublar. Belə ki, əks-hücuma kürd özünümüdafiə qüvvələri şəhərin mərkəzi məhəllələrinin bir neçəsini İŞİD qruplaşmasından azad ediblər.
Teleqraf.com-un məlumatına görə, şəhər ərazisinin 40 faizə yaxını hələ də terrorçuların nəzarətində qalır. Koalisiya qüvvələri radikalların şərq və cənubdakı mövqelərini bombardman edib. Türkiyə hərbçiləri və tankları sərhəddə yerləşən Mursitpinar kəndində mövqe tutaraq, vəziyyəti kənardan müşahidə edir. ABŞ və koalisiyaya qoşulmuş ölkələrin qırıcıları İŞİD-in mövqelərini bombalayIb.
İraq ordusu isə hücuma keçərək, İŞİD-i Bağdad istiqamətində əhəmiyyətli mövqelərdən geri çəkilməyə vadar edib. Hərbi əməliyyatlar zamanı, ümumilikdə, 100 İŞİD döyüşçüsü öldürülüb, 67-si isə yaralanıb. Buna baxmayaraq, İŞİD Kobani şəhərini tam mühasirəyə almaq üçün qızğın döyüşlər aparır. Ölənlər və yaralananlar barədə dəqiq məlumatlar olmasa da, hər iki tərəfin ciddi itkilər verdiyi bildirilir.