Pentaqon ötən gün Suriyada rus hərbi avtomobilinin ABŞ ordusuna aid avtomobili vuraraq 4 amerikalı əsgərin yaralanmasına səbəb olan hadisəyə görə Rusiyanı ittiham edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Conotan Hofman açıqlama ilə çıxış edib.
O, bəyan edib ki, rus qüvvələri Suriyada sabitlik şərtlərini pozaraq təxribatçı hərəkətləri ilə ABŞ ordusuna mənsub əsgərləri yaralayıb: “Biz ruslara hərəkətlərinin təhlükəli və qəbuledilməz olduğunu çatdırmışıq”.
Açıqlamada bildirilir ki, Suriyada tərəflərin qarşıdurmadan qaçacaqlarına ümid edilir, amma əsgərlərin təhlükəsizliyinə şübhə yaradan stənilən vəziyyətdə özlərini müdafiə etmək haqları var.