28 Avqust 2020 10:45
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Baş naziri Şinzo Abe səhhətinin pisləşməsi səbəbindən istefasını elan edəcək.

Teleqraf.com xəbər verir ki, Yaponiyanın “NHK” telekanalı hökumət başçısının yaxın vaxtlarda istefaya gedəcəyini açıqlayıb.

“Baş nazir xroniki xəstəliyinin dövlətin siyasətinə təsir göstərə biləcəyi ehtimalından ehtiyat edir”, - məlumatda bildirilib.

Abenin qərarını avqustun 28-də keçirəcəyi mətbuat konfransında açıqlaması gözlənilir.

Bundan əvvəl mətbuatda siyasətçinin 17-24 avqust tarixlərində müayinə üçün xəstəxanaya müraciət etməsi barədə məlumat yayılmışdı. Onun bağırsaq xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Xəstəliyin kəskinləşməsi səbəbindən 2007-ci ildə - ilk dəfə bu vəzifəyə seçilməsindən bir il sonra baş nazir postunu tərk etmişdi.

2012-ci ildə Abe yenidən seçkilərdə qalib gəldi və o zamandan bəri Yaponiya hökumətinə rəhbərlik etdi. Yapon tarixindəki bütün hökumət başçılarından daha uzun müddət bu postu tutur - 2799 gün.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər