28 Avqust 2020 13:47
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika lideri Donald Tramp Respublikaçılar Partiyasının qurultayında çıxış edərək özünü ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnla müqayisə edib.

Teleqraf.com xəbər verir ki, Ağ Ev rəhbəri ölkənin qaradərili əhalisi üçün Avraam Linkolndan bəri bütün prezidentlərdən daha çox iş gördüyünü deyib.

“Yenidən seçildiyim zaman daha da yaxşı olacaq”, - Tramp bildirib.

Avraam Linkoln ABŞ-ın ilk Respublikaçı prezident olub. Amerika Vətəndaş müharibəsi və köləliyi sona çatdırmaq üçün apardığı kampaniya ilə tanınıb. Bu mübarizə 1865-ci ildə köləliyi ləğv edən ABŞ Konstitusiyasına dəyişikliyin təsdiqlənməsi ilə sona çatıb.

Bu, Linkolnun Merilenddə Con Uilks But adlı bir konfederasiya tərəfdarı tərəfindən öldürülməsindən bir az əvvəl baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər