28 Avqust 2020 14:49
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarışda olanlar kateqoriyasındakı Yasir Abdel Səid həbs edilib.

Teleqraf.com xəbər verir ki, misir əsilli Səid 17 və 18 yaşlarındakı iki qızını öldürdüynə görə axtarışda olub.
2008-ci ildə övladlarını qətlə yetirən qatil barəsində hadisədən bir gün sonra həbs qərarı çıxarılıb.

Yasir Abdel Səid 2014-cü ildə FTB-nin ən çox axtardığı 10 nəfərdən biri olub. O, Texas ştatının Hyuston şəhərində iki qohumu ilə birlikdə saxlanılıb. 63 yaşlı qatilin qısa müddətə Dallasa göndəriləcəyi açıqlanıb.

Öldürülən qızların anası Patrika Ovens həbs xəbərini məmnuniyyətlə qarşıladığını və talesiz gənc qızlarının hüzur içində yatacaqlarını bildirib.

Qatilin oğlu İslam Səid və qardaşı da atalarına kömək etdiklərindən həbsə göndərilib.

Qeyd edək ki, Yasir Abdel Səid 2008-ci il yanvarın 1-də qızları Əminə və Sarahı qətlə yetirib. O, qızlarını yeməyə aparmaq bəhanəsi ilə taksiyə mindirib. Elə qətl hadisəsini də taksidə törədib. Beləcə qatil son 12 ildə ABŞ-da axtarışda olub.


Müəllif: Cavad

Oxşar xəbərlər