Rusiyanın Çin üzrə ticarət müşaviri Aleksey Qruzdev bu ölkənin ən böyük beş tikinti şirkətinin Rusiyada tikinti biznesində maraqlı olduğunu açıqlayıb.
Qarşıdan gələn illərdə bu şirkətlərin Rusiyada böyük layihələr reallaşdıracağını deyən müşavir artıq müqavilə şərtlərinin hazır olduğunu bildirib.
Xatırladaq ki, 1957-ci ildə qurulan və Çinin ən böyük inşaat şirkəti olan “China State Construction Engineering Corporation” (CSCEC) tikinti həcminə görə dünyada üçüncü sıradadır.
İngiltərənin “Fortune” jurnalı 2013-cü ildə bu şirkəti Çinin ən böyük 500 şirkəti arasında üçüncü olaraq göstərmişdi. Jurnalın məlumatlarına görə, şirkətin 2013-ci ildə qazancı 110,8 milyard dollar olub.
Məlumat üçün bildirək ki, şirkət 2005-ci ildə Moskvada "Federasiya" qülləsinin şərq hissəsinin dəmir-beton konstruksiyasının tikintisi üçün “Mirax Group” konserni ilə razılaşma imzalamışdı. Ancaq müqavilənin maliyyə şərtlərində razılıq əldə olunmadığı üçün şirkət 2007-ci ildə bu layihədən imtina etmişdi