Britaniya jurnalisti Con Kentli Böyük Britaniya hökumətini onun azad edilməsi haqqında danışıqlar aparmağa çağırıb.
Teleqraf.com RİA Novosti-yə istinadla xəbər verir ki, İŞİD terrorçu qruplaşması internetdə məqalə yerləşdirib və əmin edib ki, məqaləni onların girovluğunda olan Britaniya jurnalisti Con Kentli yazıb.
İŞİD-in jurnalda “Dabiq” adı ilə nəşr etdirdiyi məqalədə əsir jurnalistin narıncı paltarda şəkli də dərc edilib. Döyüşçülər əvvəl qətlə yetirdikləri Amerika jurnalistlərini də bu paltarda saxlayırdılar.
Jurnalist qeyd edib ki, amerikalı Ceyms Fouli və Stiven Sotloffun “bir daha heç vaxt geri dönməyəcəklərini, yəni qətlə yetiriləcəklərini bilə-bilə” kameranın qapısından necə çıxdıqlarını öz gözlərilə görüb.
Kentlinin adından yazılmış məqalədə bildirilir ki, amerikalı həmkarları ABŞ və Böyük Britaniya hökumətləri onların azad edilməyini müzakirə etmək istəmədikləri üçün qətlə yetiriliblər.
İŞİD Kentlinin artıq üç video müraciətini yayımlayıb. Bu müraciətlərin birində o, Amerikanın Suriya müxalifətinə yardımını faydasız adlandırıb.
Xatırladaq ki, bundan əvvəl internetdə yayımlanan videoda Kentli 2012-ci ildə Suriyada əsir düşdüyünü bildirmiş və ABŞ-ı İŞİD-ə qarşı hərbi əməliyyatlardan imtina etməyə çağırmışdı.