“Minsk razılaşmaları və sülhyaratma ssenarisi uğursuz olarsa, Kiyev Donbasa nəzarəti geri qaytarmaq fikrindən müvəqqəti imtina etməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri, keçmiş xarici işlər naziri Vadim Pristayko deyib.
“Ərazi bütövlüyünün bərpası ilə bağlı danışıqlardan müvəqqəti olaraq imtina edək, yoxsa imkanlarımızın məhdudluğunu başa düşək, bəlkə buna daha sonra qayıdacağımıza qərar verək? Əslində Krımdan imtina etmişik. Yəni bir qərar verməliyik”, - səfir bildirib.
Onun sözlərinə görə, Donbasa nəzarəti bərpa etmək üçün nəyin bahasına olur-olsun qarşıya bir hədəf qoymaq mümkün deyil, bunun üçün Qərbə inteqrasiyadan imtina etmək lazım gələcək. Eyni zamanda, diplomat Ukrayna Prezidenti Vladimir Zelenskiyə təklif etdiyi bu fikrin geniş müzakirələrə səbəb ola biləcəyini və xəyanət kimi qəbul ediləcəyini etiraf edib.