“Belarus Qərb ölkələrinin mümkün sanksiyalarına cavab verə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Dövlət başçısı ticarət xətlərinin Polşa və Litva limanları vasitəsilə Belarus üzərindən deyil, Baltik və ya Qara dənizlərdən keçməsini təklif edib: “Sanksiya tətbiq edilmiş məhsullara gəlincə, xəyallarına gətirməsələr də, biz onlara sanksiyaların nə olduğunu göstərəcəyik”.
Onun sözlərinə görə, Minski sanksiyalarla təhdid edən ölkələrin hamısı sərxoşdur və Belarusun necə bir dövlət olduğunu unudurlar: “Bunları unudaraq, bizi əyə biləcəklərini, tanklarla və raketlərlə qorxuda biləcəklərini düşünürlər”.
Prezident qeyd edib ki, Birlik Dövlətinin Qərb sərhədlərinə müdaxilə olsa, Minsk və Moskva ortaq silahlı qüvvələrin imkanlarından istifadə edəcəklər. Birgə qüvvələrin əsasını Belarus ordusu təşkil edəcəyini deyib.
O, Belarusda baş verənlərin Rusiyaya da təhlükə yaratdığını söyləyib.