28 Avqust 2020 22:39
2 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları sentyabrın 20-də gecə saatlarından başlayaraq, avtomatik olaraq yenidən qüvvəyə minəcək”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“BMT Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyi qorumaq üçün üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsindən sonra, ABŞ ötən həftə BMT-nin İrana qarşı bütün sanksiyalarının 30 gün ərzində yenidən qüvvədə saxlanılması işinə başlayıb. Bu sanksiyalar sentyabrın 20-də gecə yarısından yenidən qüvvəyə minəcək”, - Pompeo bildirib.

Onun sözlərinə görə, əgər BMT Təhlükəsizlik Şurasının üzvlərindən hər hansı biri İrana qarşı sanksiyaların ləğvini tələb etsə, ABŞ hökuməti ona qarşı çıxacaq.

BMT Təhlükəsizlik Şurası tərəfindən İrana tətbiq edilmiş silah embarqosu payızda başa çatacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər