29 Avqust 2020 08:05
2 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə İdlibdəki son durum və Suriya ordusunun (Bəşər Əsəd) son təcavüzkar hücumları müzakirə edilib.

Kalın görüşdə Türkiyənin mövqeyindən geri çəkilməyəcəyini amerikalı diplomatın diqqətinə çatdırıb və Əsəd rejiminin bölgədəki təcavüzkar davranışları qarşısında ölkəsinin geri addım atmayacağını bildirib.

O, İŞİD və PKK/PYD/YPG də daxil olmaqla, bütün terror təşkilatlarına qarşı birgə mübarizənin vacibliyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər