Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə Belarusdakı vəziyyətlə bağlı apardığı müzakirənin təfərrüatını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Merkel Belarus Prezidenti Aleksandr Lukaşenkoya da zəng etdiyini, amma cavab almadığını deyib.
“Ona (Putinə) dedim ki, Belarus məsələsində ölkənin suverenliyinə hörmət etmək lazımdır, insanlar öz yolları ilə getməlidirlər”, - kansler bildirib.
Onun sözlərinə görə, Putin də Aleksandr Lukaşenko ilə danışmağa çalışıb, ancaq o, telefona cavab verməyib.
Merkel Rusiya təhlükəsizlik qüvvələrinin Belarusa göndərilməyəcəyinə ümid etdiyini bildirib. Alman liderin fikrincə, respublikadakı mövcud vəziyyət 1989-cu ildə Şərqi Almaniyada baş verənlərdən fərqlənir, çünki o vaxt SSRİ baş verənlərə müdaxilə etməmişdi.
Merkelin sözlərinə görə, bu, Lukaşenkanın istəyi ilə edilib.