13 Oktyabr 2014 09:09
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK-nın Diyarbəkiri qarışdırmaq üçün göndərdiyi terrorçu qrup polisin uğurlu əməliyyatı nəticəsində həbs edilib.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Diyarbəkir təhlükəsizlik idarəsinə terroçularla bağlı kəşfiyyat məlumatı daxil olub. Xəbərə görə, terroçular ictimai qurumlara və İŞİD terror təşkilatının üzvü olduğu iddia edilən şəxslərə qarşı terror, eləcə də küçə etirazlarını gücləndirməyi planlaşdırırmış.

Əməliyyat zamanı polislə qarşıdurmaya gedən və 2-si yaralı olaraq tutulan terrorçulardan xeyli silah götürülüb. Təhlükəsizlik güclərinə atəş açan terrorçulara polis atəşlə cavab verib. Qarşıdurma zamanı PKK terror təşkilatının üzvləri Sinan Ç. və Caner Ş. yaralanıb Polis onları həbs edib.

Qarşıdurmanın ardından terrorçuların istifadə etdiyi avtomobildən 3 ədəd Kalaşnikov avtomatı, 2 tapança, xeyli patron, 5 qumbara tapılıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər