29 Avqust 2020 09:16
2 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko kompromisə getməyəcək və hakimiyyəti əlində saxlayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri ukraynalı tarixçi Arkadiy Qoldin deyib.

Onun sözlərinə görə, Aleksandr Lukaşenko özünə "məğlubedilməz döyüşçü" imici yaradır.

Ekspert bildirib ki, Belarus prezidentinin yeganə güzəşt ehtimalı referendum vasitəsilə Konstitusiyada dəyişiklik etmək və bundan sonra prezident və parlament seçkiləri keçirmək barədə dediyi sözlərdir:

"Birincisi, Lukaşenko Konstitusiyada konkret hansı dəyişikliyin aparılacağını bildirməyib.

İkincisi, Konstitusiyaya dəyişiklik layihəsi üzərində hansı müddətə iş aparılacağını, nə zaman referendum keçiriləcəyini, yeni Konstitusiyadan sonra hansı vaxta yeni seçkilər təyin ediləcəyini açıqlamayıb.

Bundan başqa, referendumun və ehtimal olunan seçkilərin nəticələrinin saxtalaşdırılmayacağına da hər hansı zəmanət verilməyib".


Müəllif: Mahir

Oxşar xəbərlər