Avropa Birliyinin (AB) bir yandan tərəfləri dialoqa çağırması, digər yandan başqa planlar qurması qeyri-səmimi hərəkətdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay ölkəsinin Şərqi Aralıq dənizinin məhəlli sularında iqtisadi fəaliyyətini və AB-nin buna reaksiyasını qiymətləndirərkən deyib.
Prezident Ərdoğanın köməkçisi bildirib ki, Şərqi Aralıqda öz qitə sularımız daxilində göstərdiyimiz fəaliyyət məsələsində AB bir tərəfdən dialoq çağırışı edir, digər tərəfdən başqa planlar qurur: “Bu səmimiyyətsilikdir. Bizlər sülh və diplomatiya dilini gözəl bilirik, ancaq məsələ Türkiyənin haqq və mənafelərinin qorunmasına gəldikdə zəruri olanı etməkdən çəkinmərik. Bunu ən yaxşı bilənlərin başında Fransa və Yunanıstan gəlir”.