29 Avqust 2020 10:22
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada “SkyDrive” şirkəti sərnişinlərlə uçan avtomobilin sınaq uçuşunu keçirib.

Teleqraf.com xəbər verir ki, sınaq uçuşlarında avtomobil 1-2 metr yüksəyə qalxıb, 4 dəqiqə havada qalıb.

"SkyDrive” rəhbəri Tomohiro Fukuzava deyib ki, avtomobil 2023-cü ildə real həyatda yerini ala biləcək:

“Ancaq onu etibarlı vəziyyətə gətirmək vacibdir. Dünyada 100-dən çox uçan avtomobil layihəsi həyata keçirilib. Onlardan yalnız bir neçəsi sərnişinlərlə uçuşlarda uğur qazanıb. Uçan maşınlar bu günə qədər havada yalnız 5-10 dəqiqə qalıb. Avtomobillər 30 dəqiqə uça biləcəyi təqdirdə ixrac da daxil olmaqla daha çox potensiala sahib ola biləcək”.

Uça bilən bu nəqliyyat vasitələri hava limanlarının sıxlığını, tıxacla bağlı problemləri və pilot kirayə xərclərini aradan qaldıra bilər.

Bununla yanaşı, avtomobilin batareyasının müddəti, hava trafikinə nəzarət və digər infrastruktur problemləri var.

Avtomobillərin 10 milyon dollara başa gəldiyi və sadəcə 5 dəqiqə uça biləcəyi təqdirdə heç kimin bu cür avtomobilləri almayacağı bildirilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər