Belarus xarici media qurumlarını təmsil edən jurnalistlərin akkreditasiyalarını ləğv etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyi “Reuters”, “Associated Press”, “AFP”, “BBC”, “Deutsche Welle”, Azadlıq Radiosu və digər xarici media qurumlarına bağlı jurnalistlərin akkreditasiyasını ləğv edib.
“Associated Press” və Almaniyanın “ARD” telekanalında işləyən dörd rus jurnalist hüquq-mühafizə orqanlarının qərarı ilə ölkədən çıxarılıb və beş il müddətinə Belarusa girişi qadağan edilib.
Qeyd edək ki, avqustun 27-də Minskdə 50-dən çox jurnalist nəzarətə götürülüb.