29 Avqust 2020 17:10
1 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, Avropa Birliyi, Böyük Britaniya və İsveçrənin Minskdə yerləşən diplomatik nümayəndəlikləri birgə bəyanatla çıxış ediblər.

Teleqraf.com xəbər verir ki, diplomatlar Belarus hökumətindən etirazçıların qorxudulmasına, onlara zor tətbiq edilməsinə, siyasi motivli istintaq aparılmasına son qoymağı tələb ediblər.

Bəyanatda həbs olunan bütün etirazçıların təcili azad olunması istənilir.

Bəyanat müəllifləri təməl insan hüquq və azadlıqlarını tələb edən Belarus vətəndaşları ilə həmrəylik nümayiş etdirdiklərini bildirirlər.


Müəllif: Mahir

Oxşar xəbərlər