Yunanıstanda zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Afina Milli Observatoriyasının Qeodinamika İnstitutu məlumat yayıb.
4,7 bal gücündə olan zəlzələ İqumenitsa bölgəsi yaxınlığında baş verib. Təkanın episentri İqumenitsadan 24 kilometr şimalda, paytaxt Afinadan 352 kilometr şimal-qərb istiqamətində qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.