30 Avqust 2020 00:14
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 25 milyonu ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə pandemiyanın statistikasını aparan Worldometer saytı məlumat yayıb.

Avqustun 28-də dünyada 284 min 898 nəfər koronavirus infeksiyasına yoluxub, 5 min 711 nəfər isə həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 25 milyon 69 min 737 yoluxma və 844 min 337 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 17 milyon 413 min 268 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 812 min 132 xəstədən 61 min 328-nin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 119 min 131-ə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 3 milyon 819 min 77 nəfər. Hindistanda 3 milyon 538 min 413 nəfər, Rusiyada 985 min 346 nəfər, Peruda 629 min 961 nəfər, Cənubi Afrika Respublikasında isə 620 min 132 nəfər COVID-19 xəstəliyinə yoluxub.


Müəllif: Teleqraf.com