Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramının 98-ci ildönümü ilə əlaqədar Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.
Teleqraf.com xəbər verir ki, prezidenti dövlət rəsmiləri müşayiət edib.
Ərdoğan çıxışında bildirib ki, Suriyadan Liviyaya Qara dənizdən Şərqi Aralıq dənizində enerjidən terrorizmlə mübarizəyə qədər Türkiyənin müxtəlif sahələrdə qazandığı mühüm uğurlar ölkənin hüquq və mənafelərini qorumaq istiqamətində iradəsinin ən açıq göstəricisidir:
"Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü ilə iqtisadi, hərbi, siyasi və diplomatik baxımdan daha güclü, müstəqil və firavan bir ölkə olaraq qədəm qoymaqda qərarlıyıq".
Ölkə başçısı daha sonra iqamətgahında təbrikləri qəbul edəcək.