Gürcüstan parlamentinin sədri Arçil Talakvadze koronavirus təhlükəsi ilə əlaqədar özünütəcrid rejiminə keçib.
Teleqraf.com xəbər verir ki, buna onun şəxsi mühafizəçisində koronavirusun aşkar edilməsi səbəb olub.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında deyilir ki, şəxsi mühafizəçidə COVID-19 virusu təsdiqləndikdən sonar digər şəxslərlə yanaşı, A.Talakvadze və onun ailə üzvləri də testdən keçiriliblər. Nəticələr neqativ olsa da A.Talakvadze epidemioloji təhlükəsizlik baxımından özünütəcrid rejiminə keçib.