31 Avqust 2020 15:39
7 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampa “cavabsız telefon zəngi” ilə bağlı məlumatlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, telefon danışıqları əvvəlcədən razılaşdırıldığı üçün belə bir vəziyyət texniki cəhətdən mümkün deyil.

Bundan əvvəl, İngiltərənin keçmiş baş naziri Tereza Mey 2017-ci ildə Donald Trampın Rusiya prezidentinin telefon zənginə cavab vermədiyini demişdi. Onun sözlərinə görə, Tramp Putinin zəngini qaçırdığını biləndə keçmiş təhlükəsizlik müşaviri Maykl Flinin üstünə qışqırıb.

O, keçmiş administasiya rəhbəri Nik Timotinin Ağ Evdə ingilis heyəti ilə yeməkdə baş verən hadisəyə şahid olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər