İraq son vaxtların ən qanlı bazarını yaşayıb.
Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, müxtəlif yerlərdə baş verən bombardman və toqquşmalarda 190 nəfər həyatını itirib. Verilən məlumatlara görə, Diyala vilayətinin Qaratəpə rayonundakı hücumlarda 70 nəfər ölüb. “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Enbar vilayətində polis məntəqəsinə basqını nəticəsində 4 nəfər öldürülüb.
Daha sonra İraq ordusu ilə İŞİD militanları arasında gedən döyüşlərdə isə 115 hərbçi həyatını itirib.
Samir