31 Avqust 2020 14:30
1 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbasdakı şaxta (mədən) sularının yaratdığı vəziyyət Çernobıl nüvə stansiyasındakı qəzadan daha böyük ekoloji fəlakətə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın ilk baş naziri Vitold Fokin deyib.

“Donbas mahiyyətcə məhv edildiyi üçün bütün obyektləri və infrastrukturu da yox edilib. Bir ekoloji fəlakət baş verir. Düşünmək üçün vaxt yoxdur. Bir çox şaxtalar su altında qalıb, taleyin ümidinə buraxılıb”, - sabiq nazir bildirib.

Fokinin sözlərinə görə, yaxın gələcəkdə mümkün fəlakətin qarşısını almaq üçün tədbirlər görmək lazımdır. Əks halda zəhərli su bütün yerli çay və gölləri dolduracaq, Azov və Qara dənizlərinə də daxil olacaq: “Bir çoxları buna göz yumur, ancaq yaxınlaşan fəlakət Çernobıl qəzasından daha böyük ölçüdə ola bilər”.

1986-cı il aprelin 26-da Çernobıl nüvə stansiyasında bir qəza baş verib, dördüncü enerji bloku tamamilə partlayıb. Belarus, Ukrayna və Rusiyanın demək olar ki, 8.4 milyon sakini radioaktiv təsirlərə məruz qalıb. Nüvə stansiyasının ətrafında təcrid zonası yaradılıb, oradan iki şəhər - Pripyat və Çernobıl, eləcə də 74 kənd boşaldılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər