31 Avqust 2020 14:56
3 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan və Çin arasında yenidən silahlı toqquşmalar baş verir.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistan ordusundakı mənbəyə istinadla “Röyter” məlumat verib.

Məlumatda Çin qoşunlarının Ladax sərhəd bölgəsində fəaliyyətə başladığı bildirilib. Beləliklə, avqustun 30-da gecə saatlarından Pekin tərəfindən təhrik olunduğu iddia edilən qarşıdurmaların başladığı deyilib.

Yeni Dehlidəki bir mənbəyə görə, Çin ordusu hind ordusunu savaşa təhrik edir. Hindistan qüvvələri düşmənin bölgədəki status-kvonu birtərəfli qaydada dəyişdirmək cəhdinin qarşısını alıb.

Hindistan və Çin iyunun 23-də Ladaxda - mübahisəli sərhəd bölgəsindəki gərginliyi azaltmaq üçün tədbirlər görməyə razılaşıb. Bu, iyunun 16-da bölgədəki qarşıdurmada onlarla Hindistan ordusu əsgərinin öldürülməsindən sonra baş verib. Yeni Dehli bunun Çin tərəfinin birtərəfli olaraq status-kvonu dəyişdirmək cəhdi nəticəsində baş verdiyinə inanır.

Bundan əlavə, Hindistan mediası çinlilərdən 43 nəfərin yaralandığı və öldürüldüyü barədə yazıb.

Hindistan və Çin 1914-cü ildə şərti bir xətlə bölünüb. Hindistan mövcud sərhədi tanıyır, Çin isə tanımır. Bundan sonra problemin həlli üçün dəfələrlə cəhdlər edilib. Tərəflər arasında 1993 və 1996-cı illərdə imzalanmış iki müqavilə nəticəsiz qalıb.

Sərhəd bölgəsinin iki hissəsi hələ də mübahisəlidir: Kəşmirin şimal-şərq hissəsi və Arunaçal Pradeş əyalətinin şimalı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər